7 Dekabr 2014 17:21
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğu tərəfindən anım mərasimi təşkil ediləcək.

Teleqraf.com-un məlumatına görə, mərasimdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat veriləcək, onun xilaskarlıq missiyasını, dövlətimiz və xalqımız qarşısındakı xidmətlərini əks etdirən film göstəriləcək.

Anım mərasimində İranın dövlət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları, kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.


Müəllif:

Oxşar xəbərlər