16 Sentyabr 2022 16:25
439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqovun barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Zəki Babayevin sədrliyi ilə baş tutan prosesə Elçin Sadıqovun vəkillərı çıxış edib və daha sonra Elçin Sadıqov danışıb.

Onlar həbs qətimkan tədbirin ləğv olunmasını istəyiblər.

Qapalı iclasdan sonra Elçin Sadıqovun vəkili İradə Cavadova məkhəmənin önündə jurnalistlərə açıqlamasında Elçin Sadıqovun aclıq aksiyasına başladığını bildirib.

Növbəti proses sentyabrın 17-də davam edəcək.

Qeyd edək ki, Elçin Sadıqov Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Elçin Sadıqovun barəsində Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə ittiham elan edilib. Əvəz Zeynallı “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Rasim Məmmədov haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edib. O, 2022-ci ilin avqust ayında onun müdafiəçisi, Vəkillər Kollgiyasının üzvü Elçin Sadıqovun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20 000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, Binəqədi rayon Məhkəməsinin qərarı ilə Əvəz Zeynallının barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Əvəz Zeynallının barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib. Həm Əvəz Zeynallı, həm də Elçin Sadıqov itithamları qəbul etmir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər