Bölgələrdə şəhidlərimizin dəfni ilə bağlı izdihamlı vida mərasimləri təşkil olunur.
Teleqraf.com xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin son təxribatlarını qəhrəmancasına dəf edərkən şəhid olan hərbi qulluqçularımızdan biri də Qurbanzadə Cəmil Anar oğludur.
Şəhidimizin nəşi doğulduğu Astara rayonuna gətirilib.
Astaralılar şəhid Cəmil Qurbanzadənin cənazəsini böyük izdihamla qarşılayıb, son mənzilə yola salıblar.