19 Sentyabr 2022 12:41
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız qənnadı məmulatlarını məhv edib.

AQTA-dan Teleqraf.com-a verilən məlumata görə, fiziki şəxs Məmmədova Sevinc Nuhbala qızının Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş ümumi çəkisi 300 kq qənnadı məmulatları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər