19 Sentyabr 2022 14:56
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisdə şəhidlərin dəfni zamanı rast gəlinən xoşagəlməz hallarla bağlı məsələ qaldırılıb.

Teleqraf.com-un xəbərinə görə, bu barədə parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov danışıb.

Onun sözlərinə görə, son zamanlar şəhdilərin dəfnində xoşagəlməz hallara rast gəlinir:

“Biz görürük ki, bu hallardan istifadə olunur. Şəhidlərin dəfn mərasimlərini bəziləri sanki şouya çevirmişdilər. Mən bir neçə şəhidimizin dəfnində iştirak etdim. Orada bu halların şahidi oldum”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər