İşğaldan azad edilmiş Ağdam şəhərində Baş Prokurorluğun rəhbərliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdən öncə müşavirə iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri düzərək onun unudulmaz xatirəsini dərin ehtiramla yad edib.
Daha sonra tədbir iştirakçıları Birinci Qarabağ müharibəsində həlak olmuş şəhidlərin məzarlarını ziyarət edib.
Müşavirədən sonra Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi heyət Ağdam seherinde görülmüş abadlıq-quruculuq işləri ilə tanış olub.
Daha sonra Kamran Əliyev işğaldan azad olunmuş ərazilərdə xidmət aparan hərbi hissələrdə olub, hərbi qulluqçuları təltif edib.
***
13:00
Baş prokuror Kamran Əliyev işğaldan azad edilmiş Ağdam şəhərində əməliyyat müşavirəsi keçirir.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hazırda işğaldan azad edilmiş Ağdam şəhərində Baş Prokurorluğun rəhbərliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilir.
Baş prokuror Kamran Əliyev tədbirdə açılış nitqi ilə çıxış edib.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən informasiya təsdiq edilib.