21 Sentyabr 2022 17:09
426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mətbuat Şurasının İdarə Heyətinə namizədlərin adları açıqlanıb.

Bu barədə Teleqraf.com-a Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrəTəşkilat Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, bu gün Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin növbəti iclası keçirilib. Toplantıda üç məsələ müzakirəyə çıxarılıb.

Birinci məsələ ilə əlaqədar məlumat verilib ki, müxtəlif media təmsilçiləri qurultayı işıqlandırmaq istəyən jurnalistlərin ali məclisdə iştirakı ilə bağlı suallar ünvanlayırlar. Onların sərbəst fəaliyyətlərinin təmin edilməsi şərtdir. Bu zaman qurultayın keçirilmə yerinin imkanları nəzərə alınmalıdır. Təşkilat Komitəsi ali məclisi işıqlandıracaq jurnalistlərin ayrıca qeydiyyatının aparılmasını məqbul sayıb. Belə ki, KİV-lər bununla bağlı [email protected] e-mailinə 23 sentyabr 2022-ci il saat 15.00-dək yazılı məlumat göndərməlidirlər. Məlumatda qurultayda jurnalist kimi iştirak edəcək əməkdaşların adları qeyd edilməlidir. Məlumat KİV-in rəsmi blankında olmalı, möhür və imza ilə təsdiqlənməlidir. Telekanallar 3, gündəlik qəzetlər və informasiya agentlikləri 2, digər informasiya resursları isə qurultayı işıqlandıracaq 1 nümayəndə göndərə bilərlər.

İclasda müzakirəyə çıxarılmış ikinci məsələ MŞ İdarə Heyətinə namizədlərin siyahısı olub. Təşkilat Komitəsi yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adını daxil edib. Qeyd edək ki, qurultayda MŞ İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcəkdir. Namizədlərin siyahısı onların topladıqları səs sayına görə aşağıdakı kimidir:

Jurnalist namizədlər

Ad, soyad

Vəzifəsi

Topladığı səs

Rəşad Məcid

“525-ci qəzet”in baş redaktoru

103

Vüqar Rəhimzadə

“İki sahil” qəzetinin baş redaktoru

72

Vüsalə Mahirqızı

APA Holdinqin rəhbəri

66

Elçin Mirzəbəyli

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru

65

Aydın Quliyev

“Bakı xəbər” qəzetinin baş redaktoru

64

Hacıbəy Heydərli

“Azxeber.com” saytının baş redaktoru

63

Azər Həsrət

“Bayraqdar.info” saytının baş redaktoru

62

Akif Aşırlı

“Şərq” qəzetinin baş redaktoru

57

Rauf Arifoğlu

“Yeni Müsavat” Media Qeupunun rəhbəri

54

Alqış Musayev

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru

51

Fuad Hüseynəliyev

“Report” İnformasiya Agentliyinin baş direktoru

49

Aynur Camalqızı

Teleqraf Holdinqin rəhbəri

43

Qalib İbrahimoğlu

“Bakıvaxtı.az” saytının baş redaktoru

42

Vasif Həsənli

“Demokrat.az” saytının baş redaktoru

39

Emin Musəvi

“ASAN radio”nun direktoru

37

Səadət Məmmədova

Televiziya jurnalisti

36

Fərid Şahbazlı

“Editor.az” saytının baş redaktoru

36

Səbuhi Abbasov

“7news.az” saytının baş redaktoru

35

Niyaz Niftiyev

“Xezernews.az” saytının baş redaktoru

35

Rafail Becanov

“Cümhuriyyət” qəzetinin baş redaktoru

30

Elşad Eyvazlı

“Modern” Media Qrupun rəhbəri

25

Afiq Mirzəbəyli

“Reytinq” qəzetinin baş redaktoru

23

Aqil Ələsgər

“Yeni Çağ” Media Qrupunun rəhbəri

23

Aqil Camal

“Türküstan” qəzetinin baş redaktoru

22

Bəhruz Quliyev

“Səs” qəzetinin baş redaktoru

17

Yunus Oğuz

“Olaylar” qəzetinin baş redaktoru

17

Məğrur Əliyev

“Təbib” qəzetinin baş redaktoru

17

Zahir Əzəmət

“Qaynar.info” saytının baş redaktoru

14

İctimaiyyətdən olan namizədlər

Əflatun Amaşov

Mətbuat Şurasının sədri

112

Müşfiq Ələsgərli

Jurnalistlərin Həmkarlar İttifaqının sədri

82

Yadigar Məmmədli

Demokratik Jurnalistlər Liqasının sədri

66

Ceyhun Musaoğlu

Jurnalist Ekspert Mərkəzinin sədri

62

Umud Rəhimoğlu

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri

58

Qulu Məhərrəmli

BDU Jurnalistika fakültəsinin professoru

57

Vüqar Zifəroğlu

BDU jurnalistika fakültəsinin dekanı

48

Fərid Pərdəşünas

“Technote Media” şirkətinin icraçı direktoru

45

Natiq Məmmədli

Medianın İnkişafı Agentliyinin şöbə müdiri

36

Mətin Məmmədli

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru

34

Müsəllim Həsənov

Bakı Media Mərkəzinin əməkdaşı

33

Şəmsəddin Əliyev

“Polisə dəstək” İctimai Birliyinin sədri

28

Yeganə Hacıyeva

Politoloq, Gənc Demokratlar İnstitutunun sədri

27

Bəhruz Məmmədzadə

“Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədr müavini

25

Vüsalə Hüseynli

İslahatçı Qadınlar və İnnovasiylar İctimai Birliyinin sədri

23

Azər Sarıyev

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin əməkdaşı

18

Nadir İsmayılov

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri

14

Xanoğlan Əhmədov

“Media və Mülki Cəmiyyət” İctimai Birliyinin sədri

13

İclasda qurultay nümayəndələrinin siyahısı da nəzərdən keçirilib. TK-nın qərarına əsasən siyahı 23 sentyabr 2022-ci il tarixində Mətbuat Şurasının presscouncil.az saytında yerləşdiriləcəkdir.

Qeyd edək ki, Azərbaycan jurnalistlərinin VIII qurultayı 24 sentyabr 2022-ci il tarixdə Beynəlxalq Muğam Mərkəzində (Ünvan Neftçilər prospekti 30, Dənizkənarı Milli Park) keçiriləcəkdir. Qeydiyyat saat 09.00-dan 10.00-dək aparılacaqdır. Saat 10.00-da qurultay işinə başlayacaqdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər