21 Sentyabr 2022 18:29
342
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yevlax rayonunda azyaşlının polis tərəfindən döyülməsi iddiası araşdırılır".

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyininj Mətbuat Xidmətinin Bərdə Reginal qrupundan məlumat verilib.

Bildirilib ki, Yevlax rayonunda yaşayan bir nəfər Rayon Polis Şöbəsinə müraciət edərək azyaşlı oğlunun sinif yoldaşı tərəfindən döyülməsi barədə müraciət edib: "Rayon sakini olan qarşı tərəf də azyaşlı övladının həmin uşağın polis əməkdaşı olan valideyni tərəfindən döyülməsi barədə müraciət edib. Qeyd edilən müraciətlərlə əlaqədar müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir. Araşdırmaların yekunu barədə əlavə məlumat veriləcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər