Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 82 müntəzəm marşrut xətti üzrə 206 avtobusun hərəkət intervalında gecikmələr var.
Bu barədə Teleqraf.com-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
1. Bakı-Sumqayıt şossesi - Moskva prospekti – Tbilisi prospekti şəhər istiqamətində və əks istiqamətdə 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-27 dəqiqə gecikmə müşahidə olunur.
2. Həsən bəy Zərdabi küçəsi - 20 Yanvar dairəsi istiqamətində 7B, 9, 14, 18, 29, 165, 194, 205 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 17-26 dəqiqə gecikmə müşahidə olunur
3. 3mkr dairəsindəki sıxlığa görə həmin istiqamətdə olan Rövşən Cəfərov, Asif Məhərrəmov, Cavadxan, Alı Mustafayev və Ceyhun Səlimov küçələrindəki tıxac səbəbindən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 165, 199, 205, 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 20-27 dəqiqə gecikmə müşahidə olunur.
4. Akademik Həsən Əliyev küçəsi - hər iki istiqamətdə 6, 13, 61 və 83 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-22 dəqiqə gecikmə müşahidə olunur.
5. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 17-28 dəqiqə gecikmə müşahidə olunur
6. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-20 dəqiqə gecikmə müşahidə olunur.
7. Xocalı pr - Yusif Səfərov küçəsi - Heydər Əliyev pr istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-25 dəqiqəyə gecikmə müşahidə olunur.
8. Abdulvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 17-28 dəqiqə gecikmə müşahidə olunur.
9. Binəqədi şossesi – hər iki istiqamətdə 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-23 dəqiqə gecikmə müşahidə olunur.
10. Qara Qarayev prospekti, Məhəmməd Hadi küçəsi – hər iki istiqamətdə (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 7A, 11, 15, 21, 30, 35, 40, 44, 46, 49, 51, 62, 64, 81, 132 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 17-28 dəqiqə gecikmə müşahidə olunur.
11. Zabrat şossesi – şəhər istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16 -24 dəqiqə gecikmə müşahidə olunur.
12. Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 20-28 dəqiqə gecikmə müşahidə olunur.
13. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küç, Neftçilər prospekti Azneft dairəsi istiqamətində 5, 18, 88, 125, 127 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 18-28 dəqiqə gecikmə müşahidə olunur
14. Abdulla Şaiq küçəsi - İnşaatçılar prospekti - Bakıxanov küçəsindən keçən 3, 17, 14, 37 və 96 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 17-25 dəqiqə gecikmə müşahidə olunur
15. Şeyx Şamil küçəsi, İstiqlaliyyət küçəsi, Niyazi küçələri Azneft dairəsi istiqamətində 6, 10, 53, 65, 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-26 dəqiqə gecikmə müşahidə olunur.
16. Yavər Əliyev küçəsindən keçən 3,24, 35, 40, 49, 76, 78, 208, 209 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 16-26 dəqiqə gecikmə müşahidə olunur
17. Kövkəb Səfərəliyeva küçəsi və Puşkin küçəsi Neftçilər prospekti istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49, 88, 175 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 15-25 dəqiqə gecikmə müşahidə olunur
18. Dilarər Əliyeva küçəsində keçən 2, 14, 88A nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-24 dəqiqə gecikmə müşahidə olunur.
19. Fətəli xan Xoyski küçəsində aparılan təmir tikinti işləri ilə əlaqədar 4, 26, 38, 67 nömrəli müntəzəm marşrut xəttlərinin avtobusları alternativ yollarla hərəkət edirlər