Goranboy rayonunun Kələk kənd tam orta məktəbinin direktoru Cahangir Əlabbasov ibtidai sinif müəllimini döyməsi ilə bağlı haqqında çıxan xəbərə münasibət bildirib.
Direktor Teleqraf.com-a açıqlamasında yayılan məlumatların əsassız olduğunu deyib.
Onun sözlərinə görə, ibtidai sinif müəlliminin döyülməsi ilə bağlı yayılan məlumat hüquq-mühafizə orqanları tərəfindən araşdırılır:
“Döyülmə olmayıb, bu, böhtandır. Polis araşdırıb əlavə məlumat verəcək.
Böhtan məktəbin müəllimi Fatma Musayeva tərəfindən atılıb. Niyə etdiyini qarşı tərəfdən soruşun”.
Qeyd edək ki, bu barədə ilkin məlumat REAL TV-nin qaynar xəttinə daxil olub. Hadisənin bu gün səhər saatlarında baş verdiyi bildirilib.