Türkiyə Radio Televiziyası TRT-nin baş direktoru Bakıya ilk rəsmi səfər edəcək.
Bu barədə Teleqraf.com-a TRT-nin Bakı nümayəndəliyindən məlumat verilib.
Türkiyə - Azərbaycan Media əməkdaşlıq Proqramı (TAMEP) çərçivəsində reallaşacaq görüşlərin Bakıda media idarəçiləri, akademiya, araşdırma və qurumlarında keçirilməsi nəzərdə tutulur.
Şenol Göka, Beynəlxalq Mətbuat Mərkəzində təşkil ediləcək “Media qanunu, etika və hədəflər’’ mövzulu toplantıda iştirak edəcək.
TRT Baş direktoru Şenol Gökanın Azərbaycan Prezident Administrasiyasının İctimai Siyasi Əlaqələr Şöbəsinin rəhbəri Əli Həsənovla görüş planlaşdırılır. Səfər çərçvəsində çərçivəsində AzTV, İTV və özəl televiziya rəhbərləri ilə yanaşı Azərbaycan Mətbuat Şurasının Sədri ilə bir sıra görüşlər keçirəcək.
TRT Bakı Təmsilcisi Yıldıray Arslanın verdiyi məlumata əsasən, ziyarət çərçivəsində iki ölkə kütləvi informasiya vasitələri arasında əməkdaşlıq və bu iş birliyinin genişləndirilməsi mövzuları müzakirə olunacaq. Dekabrın 11-də başlayan ziyarət dekabrın 13-dək davam edəcək.
Naibə QURBANOVA