23 Sentyabr 2022 23:40
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşada üzərində "qrup oğlanlarından hədiyyə, 1980-ci il " yazılan samovar tapılıb.

Samovarın üzərində bir qadının adı qeyd olunub. Ancaq samovarın əsl sahibini tapmaq üçün həmin qadının adı bu xəbərdə qeyd olunmur.

Teleqraf.com "Xəzər xəbər"ə istinadla xəbər verir ki, samovar Şuşada, viran olmuş evlərdən birindən götürülüb. Onu taparaq özü ilə Salyana gətirən isə Fikrət Camalovdur.

İkinci Qarabağ müharibəsi iştirakçısı olan Fikrət Camalov düşmənlə döyüşə -döyüşə Şuşaya kimi gedib çıxıb və bir müddət orada qalmalı olub. Elə samovarı da həmin vaxt dağılan evlərdən birindən tapıb.

İndi Fikrət mənəvi dəyəri ölçüsündən qat-qat böyük olan bu balaca samovarın əsl sahibini axtarır. O xanımı ki, adı samovarın üzərində həkk olunub.

Fikrət deyir ki, əgər xanımın özü yox, övladları və ya hər hansı bir qohumu samovarı götürmək istəsə, verməyəcək.

Füzuli, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edən Fikrət Camalovun əmisioğlu Camalzadə Famil elə həmin döyüşlərdə şəhadətə yüksəlib. Fikrət isə qalib könüllü kimi geri qayıdaraq Salyan rayonu, Xurşud kəndində qaldığı yerdən həyatına davam edir...

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər