BMT-nin ABŞ-ın Nyu-York şəhərindəki mənzil-qərargahı önündə aksiya keçirilib.
Teleqraf.com xəbər verir ki, dinc aksiya Nyu-Yorkda yaşayan həmyerlilərimizin təşəbbüsü ilə keçirilib.
Həmvətənlərimiz BMT-dən ədalət tələb ediblər.
Onlar bildiriblər ki, qətnamələrə məhəl qoymayan təcavüzkar Ermənistana qarşı sərt addımlar atılmalıdır.
Aksiya iki saat davam edib və Nyu-York polisi aksiyada iştirak edən azərbaycanlıların təhlükəsizliyini təmin edib.