24 Sentyabr 2022 14:19
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün qəzetçiliyə bir hücum var. Sağlıq olsun, bu gedişlə bizlər - köhnə qəzetçilər də yığışıb Mətbuat Şurası yaradırıq".

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili, "Ədalət" qəzetinin təsisçisi Aqil Abbas deyib.

O bildirib ki, icra başçıları da qəzetlərə abunə yazılmaq istəmirlər:

"Uşaq qəzet və jurnalları məktəblərə getmir. Bəs o zaman həmin qəzet və jurnallar kimin üçün çıxır? Mən yox, həmin qəzetləri uşaqlar oxumalıdırlar. Eyni zamanda, mən də uşaq olanda bir neçə qəzetə abunə idim. Ən azından, uşaq jurnalları məktəblərin kitabxanalarına getməlidir. Bir-iki icra başçısından başqa heç kim qəzetlərə abunə deyil. Bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Yeni sədrə uğurlar arzulayıram. Onun görəcəyi çox işlər var. Yeni sədr rus dilini də bilməlidir. Çünki informasiya müharibəsi xarici dillər üzərində qurulur".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər