25 Sentyabr 2022 10:55
413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda elektrik enerjisinin verilişində fasilə aradan qaldırılıb.

"Azərişıq" ASC-dən Teleqraf.com-a bildirilib ki, hadisədən dərhal sonra təmir bərpa briqadaları ərazilərə yollanıb.

ASC əməkdaşlarının səyi nəticəsində gecə saatlarında elektrik enerjisi verilişi tam bərpa olunub.

Qeyd edək ki, güclü külək səbəbindən dünən axşam rayonun bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin nəqli kəsilmişdi.


Müəllif: Teleqraf.com