8 Dekabr 2014 14:40
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 9-10-da Tehranda “Ekstremizmə və ifratçılığa qarşı bir dünya” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Dünyanın 50-dən çox ölkəsindən nümayəndənin iştirak edəcəyi konfransda Azərbaycanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı təmsil edəcək.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, S.Salahlı beynəlxalq konfransda məruzə ilə çıxış edəcək.

Konfransda müxtəlif ölkələrdən siyasi xadimlər, elm adamları və islamşünaslar iştirak edəcəklər.
Tədbirdə İslam dininə qarşı aparılan qərəzli təbliğatın qarşısının alınmasına dair fikir mübadiləsi aparılacaq, məruzələr dinləniləcək.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər