Azərbaycan hərbi gücünə görə Cənubi Qafqazda lider mövqeyində qalmaqdadır.
Teleqraf.com xəbər verir ki, bu barədə "Global Firepower" beynəlxalq reytinq agentliyinin tədqiqatında bildirilir.
Qeyd olunur ki, Azərbaycan reytinqdə ikinci il ard-arda 142 ölkə arasında 63-cü yerdə qərarlaşır. Gürcüstan reytinqdə 88-ci, Ermənistan 98-ci yerdə dayanır.
Reytinqin tərtib olunması zamanı orduların texnoloji inkişafı, insan potensialı və çevikliyi kimi cəhətlər qiymətləndirilir.