28 Sentyabr 2022 19:43
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) 27 Sentyabr- Anım Günü ilə əlaqədar Polşa, Belçika və Macarıstanda silsilə tədbirlər keçirib.

Bu barədə Teleqraf.com-a ASAP-dan məlumat verilib.

Tədbirlərdə 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalq-ordu birliyi, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərin qəhrəmanlıqlarından bəhs edilib. Qeyd olunub ki, 30 ildən sonra Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, məcburi köçkünlərin doğma yurdlarına qayıtması müasir tariximizin ən möhtəşəm hadisəsidir.

Polşanın Varşava şəhərində ASAP və Polşa Azərbaycanlıları Şurası ilə birgə təşkil olunan tədbirdə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Azərbaycanlı tələbələr Varşavada yerləşən Azərbaycan evinin qarşısında toplaşaraq Vətən müharibəsində həlak olmuş şəhidlərin əziz xatirəsinə ehsan paylayıblar. Bundan əlavə, şəhidlərin şəkillərindən ibarət foto-sərgi təşkil olunaraq, yaxınlaşan yerli vətəndaşlara müharibənin həqiqətləri ilə bağlı məlumat verilib.

ASAP Belçika Nümayəndəliyinin əməkdaşları Belçikada təhsil alan azərbaycanlı tələbələrlə birgə Azərbaycanın bu ölkədəki səfirliyinin önündə bir araya gələrək, anım mərasimi keçiriblər. Mərasimdə Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Macarıstanda təhsil alan azərbaycanlı gənclər isə ölkəmizin Macarıstandakı səfirliyinin qarşısında Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla anıblar. Səfirliyin daxilində şəhidlərimizin şəkillərindən ibarət foto-sərgi təşkil olunaraq tədbir iştirakçılarına Vətən müharibəsi ilə bağlı məlumat verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər