29 Sentyabr 2022 12:09
255
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər ərzində Azərbaycanda övladlığa verilən uşaqların sayı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı məlumatlara əsasən, son illər övladlığa verilən uşaqların sayı azalıb.

Belə ki, 2005-ci ildə 803 uşaq (365 qız - 438 oğlan), 2006-cı ildə 929 uşaq, (404 qız - 525 oğlan), 2010-cu ildə 798 uşaq (404 qız - 394 oğlan) övladığa verilib.

2020-ci ildə övladlığa verilən uşaqların sayı 234 (111 qız-123 oğlan), 2021-ci ildə isə 283 (132 qız - 151 oğlan) nəfər olub. Bu ilin 8 ayında isə 150 (79 oğlan - 71 qız) uşaq ailələrə verilib.

Ötən il övladlığa verilən uşaqlardan 1 yaşadək olanların sayı 54, 1-5 yaşda olanların sayı 136, 6-10 yaşda olanların sayı 56, 11-17 yaşda olanların sayı isə 37 olub.

2021-ci ildə 64 uşağın övladlığa verilməsi barədə qərarlar ləğv edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər