Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov tərəfindən 2022-ci il 20 oktyabr tarixində saat 10:00-da Masallı rayon Heydər Əliyev Mərkəzində (Masallı rayonu, Qarabağ küçəsi 17) Masallı,Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.
Teleqraf.com xəbər verir ki, vətəndaşlar 16 oktyabr 2022-ci il tarixinə qədər nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-74-24 telefon nömrəsi vasitəsi ilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.