Milli Məclis Vətən müharibəsinin başlamasının ikinci ildönümü ilə əlaqədar bəyanatla çıxış edəcək.
Teleqraf.com xəbər verir ki, bəyanat müzakirələrdən sonra qəbul ediləcək.
Spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə torpaqlarını işğaldan azad edib:
"Üçtərəfli bəyanatla siyasi-diplomatik müstəvidə iş aparılıb. Bölgədə dövlətlər arasında münasibətlər qurulması üçün şərait yaranıb. Post-münaqişə dövründə vəziyyəti düzgün qiymətləndirən Azərbaycan Ermənistana sülh sazişi imzalamaq üşün təkliflər irəli sürmüşdü. Görünən odur ki, son müharibədən Ermənistan nəticə çıxarmayıb”.
Spikerin çıxışından sonra deputat Soltan Məmmədov Milli Məclisin bəyanatını kürsüdən oxumağa dəvət olunub.