30 Sentyabr 2022 11:37
348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan parlamenti “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanı təsdiq edib.

Teleqraf.com xəbər verir ki, Konvensiya bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılıb.

Beləliklə Azərbaycan “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” 2007-ci il noyabr 23-də Haaqa şəhərində imzalanmış Konvensiya Azərbaycan Respublikasının müvafiq bəyanatları və qeyd-şərtləri ilə təsdiq edilir.

Konvensiya uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası üzrə dövlətlər arasında əməkdaşlığın təkmilləşdirilməsini nəzərdə tutur. Konvensiyaya da Azərbaycan Ermənistana münasibətdə məlum qeyd-şərtlə (konvensiyanın müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan Respublikası ilə münasibətlər normallaşana qədər) qoşulur.

Bundan başqa, sənəddə aidiyyəti üzrə danışıqlarda ingiliscə əsas kimi götürülə bilər.


Müəllif: Nemət

Oxşar xəbərlər