30 Sentyabr 2022 12:57
385
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Deputat seçildiyim Qazax rayonundan 51 şəhid var. Hər birinə də qayğı var. Bunu dövlət edib. Prezident İlham Əliyev və Mehriban xanım Vətən müharibəsinin ikinci ildönümünü Füzulidə, müharibədə ilk şəhid verdiyimiz yerdə qeyd etdilər. Bunun özü nümunə olmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Səməd Seyidov deyib.

Komitə sədri əlavə edib ki, şəhidlərin adlarının əbədiləşdirilməsi ciddi məsələdir və bunun üzərinə düşmək lazımdır:

“Ümumən bunu rayonlarda sistem şəklinə salmaq lazımdır. Bunlar millət tərəfindən qəbul edilən şəxslərdir. Biz torpaqlarımızı azad etmişik, amma yenə təhlükə var. Məktəbə niyə şəhid adı verilməsin? Onsuz da bizim tərbiyəmiz, siyasətimiz bu istiqamətdə gedir. Gələcəkdə bu məsələlər səmərəli formada həllini tapmalıdır”.


Müəllif: Nemət

Oxşar xəbərlər