"Bu gün 44 günlük müharibə zamanı Gəncənin ilk raket hücumuna məruz qalmasından 2 il keçir".
Teleqraf.com xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tviterdə yazıb.
“Biz bu faciənin günahsız qurbanlarını dərin hüznlə anıb, onların yaxınlarına başsağlığı diləyirik”, - diplomat qeyd edib.
Bu gün 44 günlük müharibə zamanı Gəncənin ilk raket hücumuna məruz qalmasından 2 il keçir. Biz bu faciənin günahsız qurbanlarını dərin hüznlə anıb onların yaxınlarına başsağlığı diləyirik.
— FergusAuldFCDO (@FergusAuldFCDO) October 4, 2022