4 Oktyabr 2022 14:16
414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 7 azyaşlı saxlanılıb.

Bu barədə Teleqraf.com-a Dövlət Sərhət Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.

Belə ki, oktyabrın 3-də saat 03:30-da DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Gürcüstandan Azərbaycan istiqamətində naməlum şəxslər tərəfindən dövlət sərhədinin pozulması müşahidə edilib.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb və dövlət sərhədini pozmağa cəhd göstərən 7-i azyaşlı olmaqla 8 nəfər Azərbaycan vətəndaşları saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin dilənmək məqsədilə dövlət sərhədindən qanunsuz keçməyə cəhd göstərdikləri məlum olunub.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


Müəllif: Teleqraf.com