Bakıda və Abşeron yarımadasında oktyabrın 5-dən 6-na keçən gecədən başlayaraq 7-si axşamadək şimal-qərb küləyi 15-20 m/s, arabir 22-27 m/s olacaq.
Bu barədə Teleqraf.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Azərbaycanın rayonlarında oktyabrın 6-da şərq rayonlarında, 7-8-də isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Oktyabrın 5-i axşamdan 7-si gündüzədək qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s olacaq.