Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycana gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter hesabında məlumat verilib.
Hulusi Akarı Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər və digər rəhbər şəxslər müşayiət edir.
Akarı Bakı hava limanında müdafiə naziri general-polkovnik Zakir Həsənov qarşılayıb.