5 Oktyabr 2022 17:48
1 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı Dövlət Sirkinin bu ilki proqramında dəyişiklik olub. "Fil və dostları" adlı proqramı şoudan çıxarmışıq".

Teleqraf.com xəbər verir ki, bunu sirk ustası və təşkilatçı Allahverdi İsrafilov deyib.

O bildirib ki, Rusiya sərhədində olan gərginliklə əlaqədar fillərin Azərbaycana gətirilməsi mümkünsüz olub. Ona görə də filə aid hissə proqramdan çıxarılıb.

"Fillərin gətirilməməsi sərhəd problemidir. Fillərin yerinə cigitlərin, atların ansamblı olacaq. Milli rəqslərimiz təqdim olunacaq" - o deyib.


Müəllif: Nərmin Muradova