7 Oktyabr 2022 12:22
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ombudsmanın və Milli Preventiv qrupun üzvlərinin sorğularına cavab verməyən və işinə mane olan şəxslər birbaşa cinayət məsuliyyətinə cəlb edilməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat qeyd edib ki, Milli Preventiv qrupun üzvləri üçün müəyyən olunmuş 25 yaş məhdudiyyəti aradan götürülməlidir: "Çünki biz konstitusiyada yaş məhdudiyyətini götürmüşük. Həmçinin, Milli Preventiv qrupun say tərkibi də qanunda öz əksini tapsa yaxşı olar. 14 iqtisadi rayon var. Preventiv qrupun də regionlar üzrə 14 nəfər olsa, daha yaxşı olardı. Başqa bir diqqətçəkən məsələlərdən biri məlumatların 5 gün müddətində alınması ilə bağlıdır. Çünki Ombudsmana müraciətlər insan hüquqlarının pozulması ilə bağlıdır və bu müraciətə 3 gün ərzində cavab verilə bilər. Ombudsmanın sonuncu hesabatında Gəncə İnzibati Məhkəməsi ilə bağlı və s. məsələlər yer alıb. Mən dünən maraqlandım və məlum oldu ki, Ombudsmanın parlamentdə qaldırdığı bu məsələ ilə bağlı hələ də qətnamə qəbul edilməyib. Bunu görən sahibkarlar Azərbaycana necə pul, investisiya qoya bilər? Gəncə İnzibati Məhkəməsi hələ də Ombudsmanın müraciətinə cavab vermir".

Q.Həsənquliyevin sözlərinə görə, məsuliyyətin artırılması və sərtləşdirilməsi məsələsi qanunda əks olunmalıdır: "Ombudsmanın və Milli Preventiv qrupun üzvlərinin sorğularına cavab verməyən və işinə mane olan şəxslər birbaşa cinayət məsuliyyətinə cəlb edilməlidir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər