8 Oktyabr 2022 00:14
403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini üçüncü dəfə raket atəşinə tutmasından iki il keçir.

Teleqraf.com xatırladır ki, 2020-ci il oktyabrın 8-də Ermənistan Vətən müharibəsində məğlubiyyətinin acığını mülki əhalidən çıxmaq üçün Gəncəni növbəti dəfə atəşə tutub.

Nəticədə ölən və yaralanan olmayıb.

Qeyd edək ki, Ermənistan Gəncəni birinci dəfə 2020-ci il oktyabrın 4-də, ikinci dəfə isə oktyabrın 5-də raketlərlə atəşə tutub.


Müəllif: Teleqraf.com