Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Teleqraf.com xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Cənub Regional Mərkəzi tərəfindən Lerik şəhər M.Bağışov adına 3 nömrəli tam orta məktəbində, Gəncə Regional Mərkəzi tərəfindən Gədəbəy rayon E.Məmmədov adına Xar-xar kənd tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən Hacıqabul şəhər 2 saylı tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Bərdə rayon Lənbəran kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz rayon Qımıl kənd tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən İsmayıllı rayon İstisu və Sumağallı kənd tam orta məktəblərində, Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayon Xırdalan şəhər 25 nömrəli körpələr evi-uşaq bağçasında, Aran Regional Mərkəzi tərəfindən Göyçay rayon Qarabaqqal kənd tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.