8 Oktyabr 2022 21:00
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsinin qidadan zəhərlənən 4 tələbəsinin durumunun qənaətbəxş olduğunu açıqlayıb.

BDU-dan Teleqraf.com-a bildirilib ki, tələbələrin yedikləri qidadan sonra mədələrində narahatlıq yaranıb. Universitet və fakültə rəhbərliyi məsələni diqqətdə saxlayır.

***

Bakı Dövlət Universitetinin 4 tələbəsi suşidən zəhərlənib.

Teleqraf.com xəbər verir ki, onlar zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

KTM-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu Report-un sorğusuna cavab olaraq bildirib ki, 4 nəfərdən biri artıq evə buraxılıb.

Onun sözlərinə görə, yerdə qalan 3 nəfər isə müvafiq şöbəyə yerləşdirilib: "Onların mədəsi yuyulub, sistem köçürülüb, vəziyyətləri orta-ağırdır. Tələbələrin özlərinin dediyinə görə, dünən saat 16.30 radələrində universitetin qarşısında suşi yeyiblər və suşidən zəhərləndikləri ehtimal olunur. Tələbələrin hamısı qızdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər