“Bu günlərdə Avropadakı bəzi siyasətbazlar həqiqəti əks etdirən sözlər danışmır, yalnız ermənipərəst mövqe tuturlar, Azərbaycana şər atırlar”.
Teleqraf.com xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Musa Quliyev bildirib.
O xatırladıb ki, əslində reallıqdan kənar çıxışlar etmək yeni bir şey deyil, Azərbaycan uzun illər bunu müşahidə edib:
“Həqiqət odur ki, bu gün - 11 oktyabrda ermənilərin törətdiyi Gəncə terrorunun ikinci ildönümüdür. Gəncədə dinc sakinlər öldürülüb, yaralanıb. Avropada olan siyasətbazlar bunları götürsünlər, eşitsinlər və bundan sonra da erməni terrorunun yanında durub-durmayacaqlarını müəyyən etsinlər”.
“Əlbəttə, biz terrorun bütün növlərini pisləyirik. Xocalı soyqrımı, Edilli faciəsi, Bərdə, Tərtər və Gəncənin dinc sakinlərinin raket atəşinə tutulması terror deyil bəs nədir?..”, - deputat qeyd edib.