11 Oktyabr 2022 15:48
291
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qrant haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, qrantlarla bağlı vahid informasiya sisteminin yaradılmasını nəzərdə tutan layihə ilk oxunuşda qəbul edilib.

Təklif edilən dəyişikliyə əsasən, “Qrant haqqında” Azərbaycan Respublikası qanununda 3-cü maddənin yeni 2-2-ci hissəsində qrantların reyestrinin aparılması müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdiriləcək.

Qanun layihəsində təklif edilən dəyişikliklərin əsas məqsədinin qrantların alınmasında şəffaflığı təmin etmək, bu sahədə müasir tələblərə cavab verən sistem formalaşdırmaq, qrantlar haqqında zəruri məlumatları əhatə edən vahid informasiya sistemi yaratmaq, nəzərdə tutulan reyestrin eyni forma, metod və prinsiplər əsasında aparılmasını təmin etmək olduğu qeyd olunub.


Müəllif: Nemət

Oxşar xəbərlər