11 Oktyabr 2022 16:59
374
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mənə bir neçə həkim zəng edərək ciddi bir problemdən bəhs ediblər. Adrenalin nədir ki, tapılmasın? Buna görə müəyyən cərahiyyə əməliyyatları təxirə salınır. Adrenalin apteklərdə 1 manat 50 qəpiyə satılırdı, indi 150-200 manat olduğu bildirilir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxış edən deputat Rüfət Quliyev deyib.

Deputat əlavə edib ki, eyni zamanda qlükoza, natrium xlorid və bəzi fizioloji dərmanlar tapılmır:

“Mən araşdırma zamanı gördüm ki, bu dərmanları gətirmək üçün böyük prosedur qaydaları keçmək lazımdır. Eyni zamanda daha ciddi problem Rusiya-Ukrayna müharibəsidir. Müharibəyə görə dərman bəzi ölkələrdən dərman gətirilməsi çətinləşib. Əgər bu dərmanlar Türkiyədə satılırsa, onu rahat Türkiyədən Azərbaycana gətirə bilərik. Bu problemi həll etmək lazımdır”.


Müəllif: Nemət

Oxşar xəbərlər