12 Oktyabr 2022 08:57
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi səhər saatlarında paytaxt küçələrindəki vəziyyəti açıqlayıb.

Mərkəzdən Teleqraf.com-a verilən məlumatda bildirilir ki, hal-hazırda aşağıdakı yollardakı sıxlıq var:

1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Bakı-Sumqayıt şosesi, 20 Yanvar m/st istiqamətində;
6. Tbilisi prospekti, 20 Yanvar m/st-dan mərkəz istiqamətində;
7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
8. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
10. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
11. Babək prospekti, mərkəz istiqamətində;
12. 20 Yanvar dairəsində sıxlıq müşahidə olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər