12 Oktyabr 2022 15:47
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 15-də "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin balansında olan 3 helikopter 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən (ƏMDX) bildirilib.

Məlumata görə, "Airbus Helicopters EC-155B1", "Airbus Helicopters EC-155B1" və "Airbus Helicopters EC-135P2" markalı helikopterlərin hər birinin start qiyməti 1 milyon manat olacaq. Bunun 10%-i beh kimi ödənilməlidir.

Sifarişlər ƏMDX-nın Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər