Bu gün Xaçmaz rayonunun 21 kəndinin təbii qazla təchizatında fasilə yaranıb.
Bu barədə Teleqraf.com-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyindən məlumat verilib.
“Xaçmaz" Qaz Paylayıcı Şəbəkəsindən qidalanan və Qaradağlı kəndinin ərazisində keçən 315 mm-lik orta təzyiqli qaz xəttinin ətrafında məişət tullantılarının yandırılması nəticəsində qaz xətti zədələnib. Bu səbəbdən 4 500 abonentin qaz təchizatı kəsilib. Artıq təmir işlərinə başlanılıb. İşlər sona çatdıqdan sonra qazın verilişi bərpa olunacaq