9 Dekabr 2014 20:36
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yüz ildən çox tarixi olan yəhudi qəbiristanı ərazisində Bakı dağ yəhudiləri icması tərəfindən bu il başlanan abadlaşdırma işləri davam edir.

Bu barədə Yəhudi Xəbərlər Agentliyinin (YXA) saytında yerləşdirilən “Bakıda yəhudi qəbiristanlığında abadlaşdırma işləri davam edir” sərlövhəli materialda söz açılır. Məqalədə deyilir ki, məzarlığın ərazisinin təqribən 15 faizi artıq abadlaşdırılıb. Bakı dağ yəhudiləri dini icmasının başçısı Milix Yevdayev YXA-ya müsahibəsində deyib: “Yollar, ailə məzarlarının yerləşdiyi sahələr daşlardan, xəzandan, qurumuş ağac budaqları və gövdələrindən təmizlənib, qəbiristanı magistral yoldan ayıran daş hasar lazım olan yerlərdə bərpa edilib”.

M.Yevdayev daha sonra deyib: “Keçən həftənin sonu qəbiristanda oldum. Görülmüş işlərə qiymət verildi, görüləcək işlərin həcmi müəyyən edildi. Hazırda məzarlığın yalnız mərkəzi xiyabanlarına xüsusi daş tavalar döşənib. Amma zənnimizcə, ətraf yollara da döşənməlidir. Çünki torpaq cığırlardan ibarət olan bu yollarla yağışlı havada hərəkət etmək çətindir”.

Bakıda yəhudi qəbiristanlığının tam abadlaşdırılmasının müddətinə gəldikdə isə bu məsələ abadlaşdırma işlərinin maliyyələşdirməsindən asılıdır. Hazırda məzarlığın ərazisi icmanın vəsaiti və sponsor ianələri hesabına abadlaşdırılır. Bu işləri 2015-ci ilin sonu – 2016-cı ilin əvvəllərində tamamlamaq nəzərdə tutulub.


Müəllif:

Oxşar xəbərlər