“Dövlət başçısı kimi ağ yalan danışan, Azərbaycan dövlətinə qarşı düşmən mövqe sərgiləyən Emmanuel Makron yenidən fikirləri ilə gündəmə gəlib. Bu, ilk hal deyil. O, vasitəçi kimi çıxış edə bilməz, çünki tərəfdir”.
Teleqraf.com xəbər verir ki, bunu parlamentin iclasında çıxışı zamanı deputat Fəzail Ağamalı deyib.
Onun sözlərinə görə, hələ deyir ki, Ermənistanı ona görə müdafiə edir ki, sülhpərvərdir, tolerantdır:
“Hansı tolerantlıqdan danışmaq olar ki, Ermənistanda başqa etnos yaşamır, Azərbaycan ərazilərini işğal edib, Xocalı soyqrımını törədib.
Utanmadan deyir ki, Azərbaycan Qarabağı işğal edib. Qarabağ Azərbaycanın tarixi ərazisidir. Xəcalət çəkmir. Neft və qaza satılmadığını iddia edir. Belə görünür ki, çoxdan şəxsiyyətini və ləyaqətini ermənilərə satıb”.
Deputat əlavə ki, Fransa ilə münasibətlər kəsilməlidir:
“Azərbaycan nə edib ki, Senat sanksiya məsələsinə baxır?.. Biz torpaqlarımızı işğaldan azad etmişik. Əgər belədirsə, bizdə bu ölkə ilə münasibətlərimizi dayandırmalıyıq".