14 Oktyabr 2022 17:36
349
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən jurnalistlər və media subyektləri üçün Media Reyestri fəaliyyətə başlayıb.

Teleqraf.com xəbər verir ki, Media Reyestrində qeydiyyatdan keçən jurnalistlər və media subyektləri üçün bir sıra güzəştlər tutulub. Bunlardan biri və ən çox gözləniləni jurnalistlər üçün güzəştli şərtlər ipotekanın təqdim olunmasıdır.

Media Reyestri artıq istifadəyə verildi.Bəs jurnalistlər nə vaxtdan güzəştli ipoteka almaq üçün müraciət edə bilərlər?

Agentliyin Kommunikasiya Şöbəsinin müdiri Səidə Şəfiyeva qeyd edib ki, əvvəlcə jurnalistin işlədiyi və ya əməkdaşlıq etdiyi media subyekti müraciət edərək media reyestrinə daxil olmalı və media subyekti şəhadətnaməsi almalıdır:

“Bundan sonra jurnalist media reyestrinə daxil edilmək üçün müraciət edir. Müraciət qəbul olunduqdan və jurnalistə müvafiq vəsiqə verildikdən sonra jurnalist güzəştli ipoteka almaq üçün müraciət edə bilər. Bundan başqa müraciət edən şəxs güzəştli ipotekadan yararlanmaq üçün İpoteka və Kredit Zəmanət Fondunun ipoteka üzrə kriteriayalarına uyğun olmalıdır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər