14 Oktyabr 2022 18:55
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 58 yeni yoluxma faktı qeydə alınıb, 89 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 822 485 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 087 nəfər müalicə olunaraq sağalıb, hazırda 467 aktiv xəstə var. Bu günə qədər 9 931 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 897, bu günə qədər isə ümumilikdə 7 284 670 test icra olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər