Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Teleqraf.com xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Şimal-qərb Regional Mərkəzi tərəfindən Qobustan rayon A. Quliyev adına Cəyirli kənd tam orta məktəbində, Sumqayıt Regional Mərkəzi tərəfindən “AZERCATHODE” MMC-də, Gəncə Regional Mərkəzi tərəfindən Dövlət Statistika Komitəsinin Göygöl rayon Statistika İdarəsində və Göygöl rayon Ş.Əhmədov adına Zurnabad kənd tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Tərtər rayon Soyulan kənd tam orta məktəbində, Bakı Regional Mərkəzi tərəfindən Nəsimi rayon general-leytenant Kərim Kərimov adına 8 saylı tam orta məktəbdə, Aran Regional Mərkəzi tərəfindən Ucar rayon Qulabənd kənd tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.