16 Oktyabr 2022 17:55
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın bir sıra ölkələri Liverpulda keçiriləcək “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsində iştirakdan imtina etmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Eurovisionwolrd.com” məlumat yayıb.

Onlar Monteneqro, Bosniya və Herseqovina, Şimali Makedoniya və Bolqarıstandır.

Müsabiqədə iştirakdan imtina edən ilk ölkə Monteneqro olub. Yerli yayım şirkəti RTCG bu qərarı onunla əsaslandırıb ki, ölkənin sadəcə iştirak etmək üçün kifayət qədər büdcəsi yoxdur.

Şimali Makedoniyanın MRT telekanalının məlumatına görə, ölkə iqtisadi və enerji böhranlarının yaratdığı yüksək xərclərə görə İngiltərəyə də müsabiqə iştirakçısı göndərməyəcək. Eyni zamanda Şimali Makedoniya “Junior Eurovision” mahnı müsabiqəsində iştirakdan imtina etməyib.

Bunun ardınca Bosniya və Herseqovinanın BHRT yayım şirkəti də ölkənin müsabiqədə iştirak etməyəcəyini bildirib. Ölkə 2017-ci ildən maliyyə problemlərinə görə müsabiqədə iştirak etmir və bu il də, gələn il də musiqi yarışmasına “qayıtmaq şansı” yoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər