Ermənistanın keçmiş səhiyyə naziri, deputat Arsen Torosyan Bartın şəhərində baş verən partlayışla bağlı Türkiyəyə başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, bu barədə o, tviter səhifəsində yazıb:
“Bartında mədənçilərin ölümünə görə səmimi qəlbdən başsağlığı verirəm. Bölgə xalqları bu ağır itki üçün yas saxlayır”.
Qeyd edək ki, daha əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bartında kömür mədənində baş verən partlayışla bağlı Türkiyəyə başsağlığı verib.