Dünyaca məşhur "Google" axtarış platforması 18 Oktyabr görüntüsünü Azərbaycana, daha doğrusu, Müstəqilliyin Bərpası Gününə həsr edib.
Teleqraf.com xəbər verir ki, axtarış platformasının ilk səhifəsində dalğalanan Azərbaycan bayrağını yerləşdirib.
Üçrəngli Azərbaycan Bayrağının üzərində düyməni sıxdıqda 18 oktyabr 1991-ci ildə qazanılan müstəqilliyimizin tarixinə geniş nəzər salan məlumatı görmək mümkündür.