18 Oktyabr 2022 10:50
277
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Azərbaycandakı səfirliyi 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib.

Teleqraf.com-un xəbərinə görə, təbrik mesajında bildirilib ki, ABŞ Azərbaycanda və ümumilikdə Cənubi Qafqazda dinc və firəvan gələcəyin təmin olunmasına sadiqdir.

“Bu il biz Birləşmiş Ştatlar və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edirik. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra keçən 31 il ərzində biz enerji təhlükəsizliyinin gücləndirilməsi, transmilli təhlükələrlə mübarizə, ikitərəfli ticarət və sərmayələrin inkişafı, habelə fundamental azadlıqların dəstəklənməsi kimi sahələrdə birgə çalışmağa davam edirik", - təbrikdə qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər