18 Oktyabr 2022 11:45
296
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 31 ili tamam olur. Bu müddət ərzində biz böyük bir yol keçmişik. Ölkəmiz inkişaf edib. Ancaq mənim fikrimcə, bu illər ərzində bizim ən böyük uğurumuz 44 günlük Vətən müharibəsi və ərazilərimizin işğaldan azad edilməsi olub”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vahid Əhmədov deyib.

O bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi böyük hadisədir və son 200 ildə ilk dəfədir ki, bu cür hal baş verib:

“Azərbaycan dövlət başçısının ciddi siyasəti və iradəsi, Azərbaycan ordusunun qəhramanlığı, əhalimizin bir nəfər kimi birləşməsi bizə imkan verdi ki, torpaqlarımızı işğaldan azad edək. Burada ən böyük məqam Azərbaycanda yaşayan bütün insanların-əhalimizin dövlət başçısının ətrafında bir nəfər kimi birləşməsi, dövlət başçısını dəstəkləməsidir”.

Vahid Əhmədov qeyd edib ki, bu gün də birliyə daha çox ehtiyac var: “Çünki dünyada vəziyyət hamar deyil. Qonşumuzda gedən proseslər göz önündədir. Rusiya-Ukrayna savaşı, İrandakı proseslər, Türkiyədə milli valyutanın ucuzlaşması təsiredici amillərdir. Mən millətimizi Azərbaycan dövlətini və onun başçısını dəstəkləməyə, birliyə çağırıram”.


Müəllif: Nemət

Oxşar xəbərlər