Avropa İttifaqı (Aİ) Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyi feysbuk səhifəsində paylaşım edib.
“Avropa İttifaqının nümayəndəliyi Azərbaycan xalqını 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir. Azərbaycana sülh və firavanlıq arzulayırıq”, - təbrikdə deyilir.