Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Zəngilan hava limanının açılışı üçün Azərbaycana səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın bu gün "A Haber”ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Qarabağın bərpası istiqamətində müsbət işlər görülür.
"Qarabağın bərpası, iqtisadiyyatının dirçəldilməsi, məcburi köçkünlərin öz torpaqlarına geri qaytarılması Cənubi Qafqazda təhlükəsizliyi və sabitliyi daha da gücləndirəcək", - deyə İ.Kalın əlavə edib.